Prezident Aparatının ştatdankənar müşaviri Aleksey Arestoviç istefa ərizəsi yazıb.
Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, bu, onun Dneprdə evə raketin düşməsi ilə bağlı geniş rezonans doğuran bəyanatından sonra baş verib.
Arestoviç bu barədə öz feysbuk hesabında məlumat verib.
O, istefa ərizəsini sosial şəbəkədə yerləşdirib.
"Mən istefa məktubu yazdım. Sivil davranış nümunəsi göstərmək istəyirəm:prinsipial səhv, ona görə də istefa", - Aretoviç yazıb.
QAZİLER.AZ