Ukrayna ordusu düşmənin daim qüvvə cəmlədiyi Kremennaya və Svatovo yaxınlığında irəliləyir.
Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, bu barədə Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.
"Kremennaya və Svatovo yaxınlığında vəziyyət stabildir - qoşunlarımız irəliləyir. Düşmən oradakı ehtiyatları mütəmadi olaraq artırır. Ukrayna Silahlı Qüvvələri hər gün bu işğala qəhrəmancasına müqavimət göstərir", - deyə Qayday bildirib.
Onun sözlərinə görə, Kremennaya göndərilən rus desantları möhkəmlənməyə və şəhəri saxlamağa çalışırlar.
"İşğalçılar həmçinin Beloqorovka yaxınlığında və Svatovski və Kremenski istiqamətlərində əks hücuma keçməyə çalışırlar".
QAZİLER.AZ