Tələbə sosial şəbəkə parollarına görə anasını öldürdü

Tələbə sosial şəbəkə parollarına görə anasını öldürdü backend

Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufada 18 yaşlı tələbə hesab parolları olan bloknotu tapmadığına görə anasını bıçaqlayıb.

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, Ufada 18 yaşlı tələbə təqaüdçü anasını sosial media hesablarından şifrələri olan dəftərini gizlətdiyi üçün öldürüb. Bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Qətl qadının mənzildə təmizlik işləri aparmasından sonra baş verib. Məhz bundan sonra kollec tələbəsi sosial şəbəkələrdən olan hesabları yazdığı bloknotu tapa bilməyib. Gənc, anasının gizlətdiyi dəftəri tapmayanda qalmaqal yaradıb. O, mətbəx bıçağını götürərək qadına bir neçə bıçaq zərbəsi endirib.

Bundan sonra tələbə ögey qardaşına mesaj göndərərək anasını öldürdüyünü yazıb. Hadisə yerinə gələn oğlan qətlə yetirilən qadının qan içində meyitini görərək polisə zəng edib. Şübhəli həbs edilib.

Gəncin valideynlərinin boşandığı, anası ona atası ilə ünsiyyət qurmağı qadağan etdiyi məlum olub. Tələbə qarışıq döyüş sənətini sevib.

QAZİLER.AZ

 

Diaspora