Ukrayna Silahlı Qüvvələri Rusiyanın Soledarın "ələ keçirilməsi" ilə bağlı xəbəri təkzib edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Soledarın "ələ keçirilməsi" ilə bağlı xəbəri təkzib edib backend

Rus qoşunları Soledarı tutmayıb. Onların şəhərin guya “ələ keçirilməsi” ilə bağlı dedikləri reallığa uyğun deyil.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukraynaya şərhində Ukrayna Silahlı Qüvvələrinin Şərq Qüvvələri Qrupunun sözçüsü Sergey Çerevatıy bildirib

"Xeyr, bu doğru deyil. Şəhərdə döyüşlər gedir", - Çerevatıy bildirib və bununla da Rusiyanın xəbərini təkzib edib.

Lakin o, təhlükəsizlik səbəbi ilə təfərrüatları açıqlamayıb.

Xatırladaq ki, bu gün Rusiya Federasiyasının Müdafiə Nazirliyi Soledarın ələ keçirildiyini elan edib. Onlar iddia edirlər ki, bu, “işğalçı qüvvələrə Baxmutda Ukrayna qoşunlarının qarşısını almağa kömək edəcək”.

QAZİLER.AZ

 

Diaspora