Qürbətdə yaşayan qadın yuxusunda xəzinə gördüyü ərazini qazdırır - VİDEO

Qürbətdə yaşayan qadın yuxusunda xəzinə gördüyü ərazini qazdırır - VİDEO backend

Türkiyəli qadın Almaniyada gördüyü yuxuya görə pul yığdı, qurban kəsdi və qazıntılara başladı.

Qaziler.az ensonhaber.com-a istinadən bildirir ki, Almaniyada xadimə işləyən evli bir uşaq anası Nazmiyə Karaman, doğulduğu Türkiyənin Zonquldağ vilayətinin Çaycuma rayonunun Çomranlı kəndində atasından ona qalan meşəlik ərazidə yerləşən tarlasında xəzinəsinin olduğunu söyləyib. Zonguldağlı qadın bunu 6 il əvvəl yuxusunda gördüyünü söyləyib.

İlk olaraq torpağı analiz etdirən Karaman pul yığdıqdann sonra 4 ay əvvəl qazıntı lisenziyası ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib.

Bütün bunlar üçün təxminən 120 min lirə xərclədiyini dilə gətirən Karaman qazıntı işlərinin aparılacağı ərazidə qoyun qurban kəsərək işə başlayıb.

Atası və dostlarının bu işə razılıq verdiyini deyən Karaman: "Həyat yoldaşım buna inanmır. 6 il gözləməyimə səbəb məsrəfin çox olması, bunun üçün maddi durumumun yetməməsi idi. Xəzinə çıxmasa pulum batacaq, Amma bütün riskləri gözə almışam. Çıxmasa davam edəcəm. Cıxacağına ümidim var. Xəzinə çıxarsa onun yüzdə əllisini dövlətə verəcəm. Deyirlər niyə məsrəf edirsən? Beynimdə sual qalmasın: gördüyüm yuxu gerçəkdirmi? Niyyətim bunu ortaya çıxarmaqdır",- deyə bildirib.

QAZİLER.AZ

Diaspora