Ukraynalı desant yaralı yoldaşını döyüş meydanından, düşmənin "burnunun dibindən"çıxarıb. o, yaralı döyüş yoldaşına ilkin yardımı güllə yağışının altında edib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Silahlı Qüvvələrinə istinadən xəbər verir.
Belə ki, bu yaxınlarda Baxmut ərazisində düşmən mövqelərinə hücum zamanı Ukrayna Silahlı Qüvvələrinin zabiti yaralanıb.
"Düşmənin aramsız atəşi altında “Yakudza” ləqəbli döyüşçü ona kömək edib və onu mərmilərin altından təhlükəsiz əraziyə çıxarıb”, - məlumatda deyilir.
Hərbçilər qeyd edirlər ki, "Yakudza" qrupun təcrübəli komandiridir və yaralıları döyüş meydanından çıxarması ilk dəfə deyil.
QAZİLER.AZ