Soledarda vəziyyət çox ağırdır, lakin buradayıq - Ukraynalı əsgər

Soledarda vəziyyət çox ağırdır, lakin buradayıq -  Ukraynalı əsgər backend

Ukraynalı hərbçi Soledarda vəziyyətin çox ağır olduğunu və qarşıdakı 24 saatın kritik olacağını bildirib.

Qaziler.az-ın məlumatına görə, bu barədə RBC-Ukrayna CNN-ə istinadən xəbər verir.

“Burada çətindir, lakin biz hamıdan daha mübarizik”, - Ukrayna Silahlı Qüvvələrinin hərbçisi jurnalistlərə bildirib.

Əsgər və yoldaşları yaşayış məntəqəsində qalıblar, lakin vəziyyət çox ağırdır və yaxın 24 saatın da kritik olacağı bildirilir.

Hərbçi deyib ki, yaxındakı Ukrayna hərbçilərinin öz mövqelərini qoruyub saxlaya bilsə, onun bölməsi təhlükəsiz yerə çəkilə bilər.

"Ruslar ukraynalıların rabitəsini kəsir, bu da koordinasiyanı son dərəcə çətinləşdirir", - deyə əsgər bildirib.

"Qonşularımızın kim olduğu bəlli deyil, amma kimsə oradadır və döyüşür. Bizim onlarla heç bir əlaqəmiz yoxdur", - hərbçi deyib.

QAZİLER.AZ

Diaspora