Hulusi Akar ukraynalı həmkarı ilə görüşüb

Hulusi Akar ukraynalı həmkarı ilə görüşüb backend

Türkiyə Milli müdafiə naziri Hulusi Akar Ukraynanın müdafiə naziri Oleksii Reznikov ilə görüşüb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, görüş zamanı Rusiya ilə Ukrayna arasında davam edən müharibənin gedişi dəyərləndirilib.

Ukrayna müdafiə naziri Reznikov ilə görüşən Türkiyənin milli müdafiə naziri Hulusi Akar atəşkəsin vacibliyini vurğulayıb.

Nazir Akar ukraynalı həmkarına daha çox insan tələfatının qarşısını almaq, bölgədə sülh və sabitliyi bərpa etmək üçün təcili atəşkəs elan edilməsinin vacib olduğunu bildirib.

QAZİLER.AZ

Diaspora