Polşa prezidenti Anjey Duda Lvova səfəri zamanı bildirib ki, Varşava beynəlxalq koalisiya çərçivəsində “Leopard" "tank bölüyü"nü Kiyevə vermək qərarına gəlib.
Qaziler.az bildirir ki, bu barədə pap.pl vəbər verir.
Dudanın sözlərinə görə, Polşa Ukraynaya "Leopard" tank bölüyünü (yəqin ki, söhbət on tankdan gedir) vermək qərarına gəlib, lakin bu, "beynəlxalq koalisiya çərçivəsində" baş tuta bilər.
Polşa prezidentinin hansı beynəlxalq koalisiyanı nəzərdə tutduğu hələ aydın deyil.
Qeyd olunur ki, prezident Vladimir Zelenski Polşa və Litvaya hərbi dəstək qərarına görə təşəkkür edib.
QAZİLER.AZ