Hazırda rusiyanın işğalı altında olan Ukrayna şəhəri Mariupolda yaşayan əhali kütləvi şəkildə Rusiya pasportlarını almağa məcbur edilir.
Qaziler.az lrt.lt-ə istinadən bildirir ki, bu barədə şəhər merinin müşaviri Petr Andryuşenko məlumat verib.
"Yanvarın 1-dən Mariupolda bütün müəllimlər, həkimlər, polislər və dövlət qulluqçuları Rusiya pasportlarını almağa mərcburdurlar, - deyə şəhər merinin müşaviri Petr Andryuşenko bildirib.
Onun sözlərinə görə, martın 1-dən Rusiya pasportu olmadan Mariupol ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq mümkün olmayacaq.
QAZİLER.AZ