Qadınlar atıcılıq təliminə böyük maraq göstərdiklərinə görə...- Sarkisyan

Qadınlar atıcılıq təliminə böyük maraq göstərdiklərinə görə...- Sarkisyan backend

Müharibəyə hazırlıq səviyyəsini artırmaq istəyən Ermənistan ordusu qadınların hərbi xidmət keçməsi üzərində işləyir.

Qaziler.az ensonhaber.com-a istinadən bildirir ki, Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan bildirib ki, onlar atıcılıq təliminə böyük maraq göstərdiklərinə görə qadınları könüllü olaraq hərbi xidmətə cəlb etməyi nəzərdən keçirirlər.

Sarkisyan jurnalistlərə açıqlamasında: "Hazırda qanun layihəsinin hazırlanması mərhələsindəyik. Mövzu ilə bağlı müzakirələr yekunlaşandan sonra layihəni təqdim edəcəyik. İndi yalnız onu deyə bilərəm ki, qadınların hərbi xidməti könüllülük əsasında olacaq". deyib.

Qeyd olunur ki, Ermənistan ordusu silahlı qüvvələrin döyüş hazırlığının artırılmasına töhfə vermək istəyən və buna qadir olan qadınların potensialını qiymətləndirmək istəyir.

QAZİLER.AZ

Diaspora