Ukraynada müharibə hələ bitməyib, amma kimin qalib gələcəyi artıq bəllidir - Zelenski

Ukraynada müharibə hələ bitməyib, amma kimin qalib gələcəyi artıq bəllidir - Zelenski backend

44 yaşlı lider müharibənin hələ bitmədiyini, lakin onun gedişatının dəyişdiyini bildirib.

Qaziler.az bildirir ki, Ukrayna Prezidenti Hollivudun 80-ci Qızıl Qlobus Mükafatlarına video bağlantı vasitəsilə qatılıb və ölkəsinin Rusiyaya qarşı mübarizəsindən danışıb.

Zelenski yeni dünya müharibəsi ilə bağlı şayiələrə cavab verib.

"Birinci Dünya Müharibəsi milyonlarla insanın həyatına son qoydu. İkinci Dünya Müharibəsi on milyonlarla insanın həyatına son qoydu. Üçüncü Dünya Müharibəsi olmayacaq. Bu, trilogiya deyil", - deyə Ukrayna lideri bildirib. 

Ukraynanın azad dünyanın köməyi ilə Rusiyanın təcavüzünü dayandıracağını deyən Zelenski: "Ukraynada müharibə hələ bitməyib, amma kurs dəyişir və kimin qalib gələcəyi artıq bəllidir" - ifadəsini işlədib.

QAZİLER.AZ

Diaspora