Ukrayna Prezidenti Vladimir Zelenski bu gün, yanvarın 11-də Lvova gəlib.
Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, o, səfərinə həlak olan Ukrayna əsgərlərinin xatirəsini yad etməklə başlayıb.
Bu barədə Ukrayna dövlət başçısının Telegram kanalı xəbər verir.
"Mən Lvova səfərimə ən mühüm - Ukrayna əsgərlərinin xatirəsini ehtiramla yad etməklə başladım. Azadlığımız və dövlətimizin müstəqilliyi uğrunda canından keçən hər kəsə eşq olsun! Yaşasın Ukrayna!", - deyə Zelenski yazıb.