Türkiyə, Rusiya və Ukrayna ombudsmanları Ankarada görüşüb - YENİLƏNİB

Türkiyə, Rusiya və Ukrayna ombudsmanları Ankarada görüşüb - YENİLƏNİB backend

Türkiyə, Rusiya və Ukrayna ombudsmanlarının görüşü olub.

Apa xəbər verir ki, bu barədə “DHA” Agentliyi məlumat yayıb.

 

Qeyd olunur ki, görüş Ankarada “21-ci əsrdə insan hüquqlarının gələcəyi” mövzusunda keçirilən konfrans çərçivəsində baş tutub.

Görüş zamanı, tərəflər uşaq haqları, yaralılar və əsirlərin mübadiləsinə dair “yol xəritəsi”ni və münaqişənin baş verdiyi ərazilərdə “qovuşma” dəhlizinin açılmasını müzakirə edib.

***

11:22

Türkiyə, Rusiya və Ukrayna ombudsmanları Ankarada görüşəcək.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Ombudsman aparatının sədri Şeref Malkoç bildirib.

Qeyd edək ki, görüş 11-12 yanvarda baş tutacaq beynəlxalq ombudsmanlar konfransı çərçivəsində keçiriləcək.

Şeref Malkoç açıqlamasında qeyd edib ki, tərəflər görüş zamanı uşaq haqları, yaralılar və əsirlərin mübadiləsinə dair “yol xəritəsi”ni hazırlamağa çalışacaq.

Bundan əlavə, münaqişənin baş verdiyi ərazilərdə “qovuşma” dəhlizinin açılması da müzakirə olunacaq.

Diaspora