Ukraynalı əsgərin bədənindən əl qumbarası çıxdı - FOTO

Ukraynalı əsgərin bədənindən əl qumbarası çıxdı -  FOTO backend

Ürəyinə yaxın bir nöqtədə partlaya bilən əl qumbarası olduğu təsbit edilən Ukrayna əsgəri əməliyyata alınıb.

 Bomba uğurla çıxarılıb.

Qaziler.az bildirir ki, İHA-nın xəbərinə görə; Ukrayna əsgərinin ürəyinin yaxınlığında partlamamış VOQ qumbarası aşkar edilib.

Ukrayna Silahlı Qüvvələrinin ən təcrübəli cərrahlarından biri olan Andri Verba hər an partlaya biləcək bombanı çıxarmaq üçün işə başlayıb.

Təcili əməliyyatdan sonra açıqlama verən Ukrayna müdafiə nazirinin müavini Anna Malyar cərrahi müdaxilənin uğurlu keçdiyini və əsgərin müalicə olunduğunu bildirib.

Qumbaranın əsgərin bədəninə necə girməsi ilə bağlı heç bir açıqlama verilməyib.

QAZİLER.AZ

 

Diaspora