Kreml Kadırovun tənqid etdiyi generalın yeni vəzifəsi ilə bağlı sualı cavablandırıb

Kreml Kadırovun tənqid etdiyi generalın yeni vəzifəsi ilə bağlı sualı cavablandırıb backend

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov  general Lapinin Rusiya Quru Qoşunlarının qərargah rəisi təyin edilməsini təsdiqləməyib.

Kreml general-polkovnik Aleksandr Lapinin Rusiya Quru Qoşunlarının Baş Qərargah rəisi təyin edilməsi ilə bağlı mətbuatda yayılan xəbərləri nə təsdiq, nə də təkzib edir.

Qaziler.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Çeçenistan rəhbəri Ramzan Kadırovun tənqid etdiyi generalın yeni vəzifəsi ilə bağlı məsələni şərh edərkən deyib.

Kreml sözçüsü xatırladıb ki, prezidentin açıq fərmanları ilə yanaşı, “gizli” kimi təsnif edilən fərmanları da var.

Xatırladaq ki, Rusiyanın RBC və Ura.ru-nun Müdafiə Nazirliyindəki mənbələri bu günlərdə Lapinin Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunlarının Baş Qərargahına rəhbərlik etdiyini bildirib.

QAZİLER.AZ

Diaspora