"Quran"ı yandıran şəxslər üçün 4,5 il həbs istəndi - VİDEO

"Quran"ı yandıran şəxslər üçün 4,5 il həbs istəndi - VİDEO backend

İzmirdə 2Quranı - Kərimi" yandıran 2 şübhəli üçün 4,5 il həbs istənilib.

Qaziler.az ensonhaber.com-a istinadən bildirir ki, "Quran"a hörmətsizlik etdiyi iddiası ilə istintaqa cəlb edilən iki şəxs haqqındakı iddianamədə görüntülərin kin və düşmənçiliyi qızışdıracaq səviyyədə olduğu qeyd edilib.

Məlumata görə, sentyabrın 26-da İzmirin Çiğli rayonunda çəkilən video sosial mediada böyük əks-səda doğurmuşdu.

İki təxribatçının "Quran"ın səhifələrini əvvəlcə cırıb, sonra isə içki süfrəsi arxasında yandırması sosial medianı ayağa qaldırıb.

Təxribatçılar təhlükəsizlik orqanları əməkdaşları tərəfindən qısa vaxt ərzində yaxalanıblar.

İslamı və müsəlmanları təhqir edən şəxslərin daha sonra videonu sildiyi müəyyən edilib.

İttihamnamədə "mətbuat və yayım vasitəsi ilə ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək və ya təhqir etmək" maddəsi ilə həmin şəxslərə 1,5 ildən 4,5 ilə qədər həbs cəzası istənilib.

Həmin şəxslərdən birinin  psixoloji durumunun yaxşı olmadığı və dərmanlardan istifadə etdiyi bildirilib.

O, həmin vaxt içkili olduğunu, videonun nə vaxt, harada çəkildiyini xatırlamadığını, ayılan kimi onu sildiyini vurğulayıb.

Şübhəlilər fevralda hakim qarşısına çıxacaqlar.

QAZİLER.AZ

Diaspora