Rus qoşunları Baxmuta təzyiqi artırıblar, lakin çətin ki, tezliklə şiddətli döyüşlər gedən şəhəri mühasirəyə alsınlar.
Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir.
Xülasəyə görə, son dörd gün ərzində Rusiya və "Vaqner" qüvvələri Soledar şəhərinə taktiki irəliləyiş edib və çox güman ki, şəhərin əksər hissəsinə nəzarət edirlər. Kəşfiyyat xatırladır ki, Soledar Baxmutdan 10 km şimalda yerləşir və onun tutulması çox güman ki, Rusiyanın əsas əməliyyat məqsədi olaraq qalır.
Britaniya kəşfiyyatı vurğulayır ki, Rusiyanın Soledar "ox"u çox güman ki, Baxmutu şimaldan mühasirəyə almaq və Ukraynanın rabitə xətlərini kəsmək cəhdidir.
Britaniya kəşfiyyatı iddia edir ki, Baxmuta artan təzyiqlərə baxmayaraq, Ukrayna qüvvələri sabit müdafiə xətlərini saxladığına və təchizat yollarına nəzarət etdiyinə görə, Rusiya qoşunlarının şəhəri yaxın vaxtlarda çətin ki, mühasirəyə ala bilsin.
QAZİLER.AZ