Hər gün öz məzarını ziyarət edib dua oxuyur - FOTO

Hər gün öz məzarını ziyarət edib dua oxuyur - FOTO backend

Türkiyənin Bursa şəhərində yaşayan şəxs hər gün öz məzarını ziyarət edərək üstündəki çiçəkləri sulayır.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, o, ölümü xatırlamaq üçün sağ ikən tikdiYİ məzarını ziyarət etməyə gedir.

Bursanın Orhanqazi rayonunda yaşayan 67 yaşlı, üç uşaq atası Ali Aytekin sağ ikən öz məzarını düzəltdirib.

Əlləriylə tikdiyi məzarı üzərində çiçəklər əkən Aytekin hər gün sulamağa getdiyi məzarının üzərinə uzanaraq ölümü xatırlayır.

Aytəkin məzarının özünün tikildiyi üçün xoşbəxt olduğunu bildirir.

İHA-nın xəbərinə görə, Aytəkin göz yaşları içində: "Ölüm var, ölüm" - deyir.

 "Bir gün qəbiristanlığa gəldim; kimin varlı, kimin kasıb olduğunu anlamadım. Bir gün bura girəcəyik. Yerin üstünü yox, altını düşünmək lazımdır. Hər kəs ölümü düşünsün deyə öz qəbrimi örnək etdim. Bircə anladığım odur ki, buradakıların hamısı "Fatihə" gözləyirlər", - söyləyib.

QAZİLER.AZ

 

Diaspora