Türkiyədə hərbi xidmətini yerinə yetirərkən psixoloji problemləri həkim rəyi ilə sübut olunsa da tərxis olunmayan, nəticədə intihar edən əsgər 7 il sonra şəhid statusu alıb.
Qaziler.az ensonhaber-ə istinadən bildirir ki, ailə indi oğulları üçün məzar istəyir.
Bildirilir ki, 2007-ci ildə Kahramanmaraşda qardaşının avtomobilinin uçuruma yuvarlanması nəticəsində böyük bacısı Muazzez Çığcı və baldızı Tülay Çığcını itirən Sait Çığcı qəzadan yaralı olaraq sağ çıxsa da, psixoloji problemlər yaşamağa başlayıb.
Çığcının psixoloji problemləri burada da davam edib və o, 3 dəfə intihara cəhd edib.
Həkim Qars Boğatəpə Jandarma Komandirliyində hərbi xidmətdə olarkən xəstəxanaya köçürülən 20 yaşlı əsgər Sait Çığcı haqqında hesabat hazırlayaraq, xidmətə yararsız olduğunu, hətta əsgəri xidmətin onamənfi təsir edəcəyini bildirib.
Buna baxmayaraq evə buraxılmayan Çığcı 26 oktyabr 2015-ci ildə özünü asaraq intihar edib.
Sait Çığcının ailəsi övladlarının hesabata rəğmən tərxis edilməməsi və bu səbəbdən Qars Boğatepe Jandarma Komandanlığının səhlənkarlığı səbəbiylə övladlarının şəhid sayılması üçün Sosial Müdafiə Təşkilatına qarşı Ankara 15-ci İnzibati Məhkəməsində iddia qaldırıb.
Ötən ilin sonunda məhkəmə Sait Çığcının şəhid hesab edilməsinə qərar verib.
QAZİLER.AZ