Kremlin spikeri rəsmi orqanlardan məlumat gözləməyə çağırıb.
Qaziler.az bildirir ki, bu barədə zn.ua yazıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rusiyalı jurnalistlərin 2023-cü ilin əvvəlində Rusiya Federasiyasında mümkün yeni səfərbərlik dalğası ilə bağlı sualına konkret cavab verməkdən yayınıb.
Mətbuat katibi Putinin cavabından sitat gətirib: “Rusiya Federasiyasında “səfərbərliyin davam etdirilməsi” ilə bağlı Telegram-dakı xəbərlərə əhəmiyyət verməməlisiniz, rəsmi orqanlar əsas məlumat mənbəyidir”.
O, həmçinin əlavə edib ki, Kreml “xüsusi əməliyyatın gedişi ilə bağlı Müdafiə Nazirliyinin məlumatlarına tamamilə etibar edir”.
QAZİLER.AZ