53 yaşlı suriyalı Türkiyədə hərbi xidmətə yollandı

53 yaşlı suriyalı Türkiyədə hərbi xidmətə yollandı backend

Suriyadan Türkiyəyə gələn 53 yaşlı kişi Türkiyə vətəndaşlığını aldıqdan sonra hərbi xidmətə yola salınıb.

Qaziler.az bildirir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Məlum olduğu kimi, 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsindən sonra minlərlə vətəndaş həyatını itirib, milyonlarla insan qaçqın düşüb.

Müharibə nəticəsində evi dağılan vətəndaşlardan biri, 6 uşaq atası 53 yaşlı Ahmet Hamo Türkiyəyə gələrək Qaziantepin Nizip rayonunda məskunlaşıb. Bir müddət sonra Türkiyə vətəndaşlığını qazanan Ahmet Hamo əsgərliyə yola salınıb.

"Anam türk əsillidir, bir az əvvəl vətəndaşlıq almışam. Şəxsiyyət vəsiqəmi alandan sonra Elektron Hökumət portalında sistemimə daxil oldum. Vətənə olan borcum üçün hərbi şöbəyə getməli olduğum haqqında “Elektron hökumət”də məlumatı oxudum.

Böyük sevinclə şöbəyə gedərək işləmlərimi həyata keçirdim.  Amasyada xidmət edəcəyəm. Zatən vətənim kimi gördüyüm Türkiyəyə xidmət etməkdən böyük qürur duyuram” - deyə Hamo bildirib.

QAZİLER.AZ

Diaspora