Hulusi Akardan Yunanıstana: Ağlınızı başınıza yığın - VİDEO

Hulusi Akardan Yunanıstana:  Ağlınızı başınıza yığın - VİDEO backend

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Yunanıstana yenidən tarixi xatırladaraq "Ağlınızı başınıza yığın" - deyib.

Qaziler.az ensonhaber.com-a istinadən bildirir ki, Akar Yunanıstanın Kritdəki 6 mil ərazi sularını 12 mile qədər uzatma xəyalını da dəyərləndirib.

Sualtı Donanma Komandanlığına da gedən nazir Akar, “Yeni Tip Sualtı Qayıq Layihəsi” çərçivəsində inşası davam edən “Rəis” tipli sualtı qayıqlardan biri olan "Piri Rəis"ə baxış keçirib.

Yeni sualtı qayığın xeyirli olmasını diləyən Akar: "Önümüzdəki dövrdə sizi vacib və əhatəli vəzifələr gözləyir. Egeydə, Şərqdə hüquq və mənafelərimizi qorumaq və qorumaqda geri addım atmağımızdan söz mövzusu deyil. Hüquqlarımızı pozmamışıq, pozmayacağıq”, - dedi.

Yunanıstanın Kritin quru sularını 6 mildən 12 milə çıxarmağa hazırlaşdığı iddiasına toxunan Akar: "6 mildən artıq qəbul etməyəcəyik" - dedi.

QAZİLER.AZ

Diaspora