Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsi başlayandan bəri onun başa çatmasına, xüsusilə atəşkəsin əldə olunmasına və ədalətli sülhün diplomatik yolla təmin edilməsinə, savaşın mənfi təsirlərini aradan qaldırmağa çalışır və çağırışlar edir.
Modern.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Antalyada keçirilən Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyasının rəsmi açılışındakı ifadə edib.
Prezident Rəcəb Tayyib Ərdoğanın, həmçinin dünyada enerji və ərzaq böhranı riskinin aradan qaldırılması istiqamətində ciddi səylər göstərdiyini və böyük nəticələrin qazandığını xatırladan TBMM-in sədri Mustafa Şentop deyib: “Bu mühüm fəaliyyətin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin vacibliyini nəzərə alaraq Prezidentimizin Nobel Sülh mükafatına namizədliyini irəli sürmüşəm. Belə bir addımı atdığına görə Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancraniyə minnətdaram”.
Hamının arzuladığı daha ədalətli və çoxtərəfli münasibətlərdə həqiqətin və düzgünlüyün tərəfində olmasının gələcək nəsillərə rəsmi şəkildə çatdırılmasının əhəmiyyətindən danışan TBMM-in sədri Prezident Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh mükafatına namizədliyinin böyük dəstək qazanacağına əminliyini vurğulayıb.