Şəhidlərin anım mərasimində tavan çökdü - VİDEO

Şəhidlərin anım mərasimində tavan çökdü -  VİDEO backend

Türkiyədə Sarıqamış əməliyyatının 108-ci ildönümü tədbirləri çərçivəsində keçirilən film nümayişi zamanı zalın tavanı çöküb.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Bildirilir ki, hadisə Qarsın Sarıqamış rayonunda yerləşən oteldə baş verib.

 

Hadisə yerinə sağlamlıq, polis, xilasetmə və jandarma qrupları, çox sayda təcili yardım cəlb edilib. İlk məlumata görə, hadisə zamanı yüngül yaralanan 10 nəfər Sarıqamış Dövlət Xəstəxanasına aparılıb.

Diaspora