Türkiyədə növbəti prezident seçkiləri bu ilin iyun ayında deyil, mayda keçirilə bilər.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Qardaş ölkə lideri prezident seçkilərinin 5 ay sonra keçiriləcəyinin anonsunu verib. “Önümüzdə 5 ay var, 5 ay boyunca dayanmaq yoxdur”, - Ərdoğan çıxışında deyib.
Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin vaxtının irəli çəkilməsi artıq bir müddətdir müzakirə mövzusudur.