Futbol oynayarkən ürək tutmasından dünyasını dəyişdi - VİDEO

Futbol oynayarkən ürək tutmasından dünyasını dəyişdi - VİDEO backend

Futbol meydançasında keçirilən matç zamanı infarkt keçirərək yerə yıxılan 54 yaşlı kişi aparıldığı xəstəxanada dünyasını dəyişib.

Qaziler.az bildirir ki, İstanbulda dostları ilə futbol meydançasında  oynayan 54 yaşlı Özden Kısakol bir nəfərlə toqquşub və onun halı pisləşib.

Kısakolu görən dostları dərhal köməyə gələrək ona dəqiqələrlə ürək masajı ediblər.

Hadisə yerinə polis və tibb işçiləri göndərilib. Onlar xəstəni yaxın  xəstəxanaya çatdırsalar da infarkt keçirən Kısakolun həyatını xilas etmək mümkün olmayıb.

Kısakolun ürək xəstəliyinin olmadığı bildirilib.

QAZİLER.AZ

 

Diaspora