Terrordan təmizlənmiş Ağrı dağında hərbi baza bölgəsinin tikintisi başa çatıb

Terrordan təmizlənmiş Ağrı dağında hərbi baza bölgəsinin tikintisi başa çatıb backend

Ağrı dağında 2100 hündürlükdə yerləşən və terrorla mübarizədə kritik bir bölgə olan Hazzep Təpə Modul Baza Sahəsinin  tikintisi tamamlanıb.

Qaziler.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

"Türkiyə terrorla mübarizə çərçivəsində həyata keçirdiyi işlərdə ən ucqar yerlərdə belə terror təşkilatı üzvlərinin yuvalarını dağıdır.

Terrorçulara nəfəs almağa imkan verməyən qəhrəman türk hərbçiləri terrorçuların yaşadığı dağları təmizləyərək təhlükəsiz bölgə elan ediblər.

Ağrının Doğubəyazıt rayonunda yerləşən və terrorla mübarizədə kritik bölgə olan Ağrı dağı 2100 yüksəklikdə terrordan tamamilə təmizlənib.

Bölgədə qurulan Hazzep Təpə modul baza sahəsi ilə Ağrı dağının ətəklərində və ətrafında yaradılmağa çalışılan təhlükəsizlik konsepsiyasının əhəmiyyətli bir hissəsi tamamlanacaq", - deyə məlumatda bildirilir.

QAZİLER.AZ

Diaspora