Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixail Saakaşvili “Facebook” vasitəsilə gürcü, ukrayna, rus və ingilis dillərində dəstəyə görə etirazçılara təşəkkür edib.
Qaziler.az "Novosti-Qruziya"ya istinadən bildirir ki, #SaveMisha beynəlxalq kampaniyasını rusiyalı müxalifət lideri, hüquqşünas və hüquq müdafiəçisi Mark Feyqin elan edib.
Xatırladaq ki, dünən Gürcüstanda və dünyanın 20-dən çox ölkəsində Mixail Saakaşviliyə dəstək üçün piketlər keçirilib. Nümayişçilər Gürcüstanın keçmiş prezidentinin səhhətinin pisləşməsi ilə əlaqədar onun dərhal həbsdən azad edilməsini tələb ediblər.
QAZİLER.AZ