"Biz öz gücümüzə arxayınıq, tərəfdaş ölkələrdən qoşun istəmirik..." - Kuleba

"Biz öz gücümüzə arxayınıq, tərəfdaş ölkələrdən qoşun istəmirik..." - Kuleba backend

"Dövlətimiz silahlanmada kömək istəyir".

Qaziler.az Ukrayna mətbuatına istinadən məlumatına görə, xarici işlər naziri Dmitri Kuleba qeyd edib ki, Ukrayna Rusiyanın silahlı təcavüzünə qarşı mübarizədə tərəfdaşlarından qoşun göndərmələri üçün kömək istəməz. Çünki ölkəsinin Silahlı Qüvvələri öz dövlətlərini müdafiə etmək iqtidarındadır, lakin bunun üçün onlara silah lazımdır.

Ukraynanın xarici işlər naziri bunu,  Al Aan TV.- yə müsahibəsində deyib.

Kuleba jurnalistlərin başqa ölkələrin qüvvələrinin müharibədə iştirakının mümkün olub-olmaması ilə bağlı sualını cavablandırıb: “Biz öz gücümüzə, ölkəmizi müdafiə etmək qabiliyyətimizə arxayınıq. Biz heç vaxt başqa ölkələrdən Ukraynaya qoşun göndərməyi xahiş etməmişik".

QAZİLER.AZ

Diaspora