Kiprdə oteldə yeni il konserti verən Tarkanın 15 dəqiqə üçün istədiyi məbləğ "dodaq uçuqladıb".
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, yeni il gecəsində Kiprdə çıxış edərək 9 milyon lirə qazanan Tarkan 2023-cü ilə dəqiqələr qalmış: "Yeni ilə ailəmlə birlikdə girəcəyəm" - deyib.
Onun bunu deyərək səhnədən endiyi iddia edilib.
Məlumata görə, Tarkanın yeni il konserti ilə bağlı yeni bir detal ortaya çıxıb. Razılaşmanın saat 22.15 - 23.45 arası olduğu öyrənilib. Meqastar yeni ilin geri sayımında səhnədə olmaq istəmədiyini müqaviləyə əlavə edib.
Hotel Tarkandan daha 15 dəqiqə qalmasını və tamaşaçılarla birlikdə 2023-cü ilə geri sayım tələb edib. Tarkan 15 dəqiqə ərzində oteldən 3 milyon TL daha tələb etdikdə, razılaşma əldə olunmayıb.
QAZİLER.AZ