Xamenei hicabla bağlı mövqeyini DƏYİŞDİ

Xamenei hicabla bağlı mövqeyini  DƏYİŞDİ backend

İranın ali rəhbəri Əli Xamenei ölkədə qadınların hicab taxması barədə sərt qaydalarla bağlı mövqeyini yumşaldıb.

 

Modern.az “IRNA” agentliyinə istinadən xəbər verir ki, Xamenei mədəni, ictimai və elmi sahələrdə fəaliyyət göstərən bir qrup qadınla görüşü zamanı bu barədə danışıb.

 

Onun sözlərinə görə, İranda tələb edildiyi kimi, hicabla saçlarını tam örtməyən qadınları dinsizlikdə və inqilaba qarşı olmaqda ittiham etmək olmaz.

 

“Hamımız çatışmayan cəhətlərə sahibik, bunları mümkün olduğu qədər aradan qaldırmalıyıq. Hicabı düzgün geyinməyən qadınlar yenə də bizim qızlarımızdır”, - deyə Xamenei bildirib.

 

Qeyd edək ki, ötən ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin hicabını düzgün taxmadığı iddiası ilə əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və dünyasını dəyişməsindən sonra İranı etirazlar bürüyüb. Bir çox ölkələr və beynəlxalq təşkilatlar İranı qadınların hüquq və azadlıqlarını təmin etməyə çağırıb.

Diaspora