Gürcüstan müxalifəti bu gün sabiq Prezident Mixeil Saakaşviliyə dəstək məqsədilə genişmiqyaslı həmrəylik aksiyaları keçirəcək.
Qaziler.az Novosti-Qruziya ya xəbər verir ki, yerli vaxtla saat 18:00-da başlayacaq aksiyaların paytaxt Tbilisi ilə yanaşı ölkənin böyük şəhərlərində keçirilməsi planlaşdırılıb.
Müxalif Vahid Milli Hərəkat partiyasının sədri Nika Melia ölkənin üçüncü Prezidentinin həbsdən azad edilməsi üçün siyasi baxışından asılı olmayaraq, hər kəsi aksiyalarda iştirak etməyə çağırıb.
Mitinq və piketlər Gürcüstanın Nyu-York, Vaşinqton, London, Berlin, Münhen, Frankfurt, Vyana, Brüssel, Strasburq, Haaqa, Praqa, Stokholm, Bern, Sofiya, Barselona, Afina və digər şəhərlərdəki konsulluq və səfirliklərində keçiriləcək. Təl-Əviv.
Məlumata görə, Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixail Saakaşviliyə dəstək məqsədilə bu gün dünyanın 14 ölkəsində #SaveMisha beynəlxalq aksiyası keçiriləcək.
Müxalifət lideri, hüquqşünas və hüquq müdafiəçisi Mark Feyqin və Ukrayna Prezidentinin Aparatının müşaviri Oleksiy Arestoviç daha əvvəl onun keçirilməsini elan etmişdilər.