İran prezidenti İbrahim Rəisi yaxın həftələrdə Türkiyəyə səfər edə bilər.
Modern.az xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.
"Belə bir səfər hazırlanırdı, onu təxirə salan bəzi səbəblər ortaya çıxdı. İndi protokollar üzərində danışıqlar gedir, düşünürəm ki, səfər yaxın həftələrdə həyata keçiriləcək, hələlik konkret təqvim yoxdur", - Kalın NTV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ankara İranda baş verən hadisələrdən narahatdır və bununla bağlı rəsmi Tehranın qətiyyətini görür.
"Biz də Bakı kimi İran tərəfinin bəzi bəyanatlarından narahatıq. Bu baxımdan üçtərəfli formatda danışıqlar bütün bu məsələləri həll edə bilər", - Kalın deyib.
Bundan əvvəl Tehran bəyan etmişdi ki, regionda istənilən geosiyasi dəyişikliyə İranın reaksiyası olacaq.