Ermənistanda Şaxta babadan uşaqlara Yeni il hədiyyəsi: Praktiki atəş təlimi – VİDEO

Ermənistanda Şaxta babadan uşaqlara Yeni il hədiyyəsi: Praktiki atəş təlimi –  VİDEO backend

Ermənistan cəmiyyəti silahı yerə qoymaq, bölgədə sülhü bərqərar etmək, qonşu xalqlarla barışmaq kimi fikirlərdən, deyəsən hələ çox uzaqdır.

Az qala hər gün müxtəlif sosial şəbəkələrdə yayılan fərqli görüntülər bunu bir daha təsdiq edir.

Növbəti belə videomaterial yeni il, daha dəqiq desək bu bayramın ümumbəşəri personajı Şaxta baba ilə bağlıdır. Kadrlarda əfsanəvi personajın hərbi poliqonda azyaşlıya avtomat silahdan necə atəş açıldığını əyani şəkildə nümayiş etdirməsi əks olunub.

Qonşularımız hətta bütün dünyada xeyirxahlığı təmsil edən bir obrazdan belə təcavüzkar “düzəltməyi” bacarıblar. Bu azmış kimi, mifik qoca bunu uşağın gözü qarşısında edərək “ona yeni il hədiyyəsi” kimi silahla davranmağı öyrədir.

Bir sözlə, dünyəvilikdən, humanizmdən danışan xalq uşaqların gözü qarşısında Yeni ilin atributunu döyüşçüyə çevirib.

loading...
Diaspora