Kiyevə raket hücumu: 20 nəfər yaralanıb, 1 nəfər ölüb

Kiyevə raket hücumu:  20 nəfər yaralanıb, 1 nəfər ölüb backend

Bu gün Ukraynanın paytaxtına raket hücumu nəticəsində 20 nəfər yaralanıb, 1 nəfər ölüb.

Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko deyib.

"Rusiyanın Kiyevdəki mülki obyektlərə hücumu nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb. Xəsarət alan 14 nəfər xəstəxanaya yerləşdirilib, 6 nəfərə yerində tibbi yardım göstərilib", - Kliçko bildirib.

O, həmçinin qeyd edib ki, paytaxtın Solomensk rayonunda iki, Peçerskidə isə bir məktəb binasına ziyan dəyib. Bundan əlavə, Solomenski rayonunda bir uşaq bağçasına ziyan dəyib. Bu obyektlərdə tələfat olmayıb.

QAZİLER.AZ

Diaspora