Türkiyə raketi 100 km-dən çox məsafədə hədəfi vurub

Türkiyə raketi 100 km-dən çox məsafədə hədəfi vurub backend

“Türkiyədə SİPER hava hücumundan müdafiə sistemi uğurla sınaqdan keçirilib”.

Bunu Türkiyənin müdafiə sənayesinin rəhbəri İsmail Demir “Twitter” səhifəsində yazıb. Onun sözlərinə görə, Türkiyənin SİPER raketi 100 km-dən çox məsafədə yerləşən hədəfi vura bilib. Dəmir bunu müdafiə sənayesindən ölkəyə “Yeni il hədiyyəsi” adlandırıb.

“Bizim SİPER Product-1 sistemindən buraxılan və idarə olunan sınaq raketi 100 km-dən çox məsafədə hədəfi uğurla vurub”.

Qeyd edək ki, dekabr ayının əvvəlində Türkiyənin reaktiv pilotsuz qırıcısı “Bayraktar Kızılelma” ilk uçuşunu həyata keçirib. “Bayraktar Kızılelma” ilk dəfə avqustda Samsunda keçirilən “Teknofest-2022” festivalında təqdim olunub.

azvision.az

Diaspora