Zalujnı ukraynalılara müraciət etdi: Biz müharibəni seçmədik, lakin döyüşü qəbul etdik

Zalujnı ukraynalılara müraciət etdi:  Biz müharibəni seçmədik, lakin döyüşü qəbul etdik backend

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı yeni il bayramları ərəfəsində ukraynalılara müraciət edib. O xatırladıb ki, Ukrayna müharibəni seçməyib, lakin döyüşü qəbul edib.

Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukrayna” ali baş komandanın Teleqram kanalında yayılan videomüraciətinə istinadən xəbər verir.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı həmçinin Ukraynanın müharibədə qələbəsinin “Ukraynanın çiçəklənməsinin başlanğıcı və Rusiyanın sonu” olmasını arzulayıb.

 

QAZİLER.AZ

Diaspora