Moskvanın keçmiş baş ravvini Pinxas Qoldşmidt “The Guardian”a müsahibəsində yəhudi icmasının üzvlərinə Ukraynadakı hərbi əməliyyatların yaratdığı çətinliklərə görə “günah keçisi” edilməzdən əvvəl Rusiyanı “nə qədər ki, gec deyil” tərk etməyi tövsiyə edib.
Qaziler.az gazeta.ru-ya istinadən bildirir ki, onun sözlərinə görə, Rusiyada antisemitizmin səviyyəsi artır.
“Ona görə də mən hesab edirəm ki, rusiyalı yəhudilər üçün ən yaxşı variant oranı tərk etməkdir", -deyə o bildirib.
QAZİLER.AZ