Çeçenistan rəhbəri Kadırov bildirib ki, səfərbərliyin davam etməsi ilə bağlı xəbərlər təxribatdır.
Qaziler.az bilbirir ki, məlumatı lenta.ru yayıb.
"Rusiyada səfərbərlik məsələsi ölkə prezidenti və səlahiyyətli orqanlar tərəfindən həll edilir". Bunu Çeçenistan rəhbəri Ramzan Kadırov tələbələrin rusiyanın Ukraynada apardığı müharibəyə göndərilməsi ilə bağlı sualı cavablandırarkən deyib.
Çeçenistan rəhbəri onu da əlavə edib ki, Rusiyada səfərbərlik davam edərsə, çeçen əhalisi arasında hərbi əməliyyatlarda iştirak etmək istəyənlər çoxdur.
Onun sözlərinə görə, Çeçenistan bu plana yaxşı hazırlaşıb, səfərbərliklə bağlı planı doldurub. Onun bildirdiyinə görə, müharibəyə gənclər göndərilməyib, hamısı döyüş hazırlığı keçənlərdi.
QAZİLER.AZ