"Kiyevə atılan 16 qanadlı raketin hər biri şəhərin hava məkanında məhv edilib"

"Kiyevə atılan 16 qanadlı raketin hər biri şəhərin hava məkanında məhv edilib" backend

Son günlər Ukraynada Rusiya aviasiyasının və qanadlı raket daşıyıcılarının döyüş gəmilərinin aktivləşməsi qeydə alınıb. Moskva Ukrayna şəhərlərinə növbəti kütləvi zərbələr endirməyə fəal şəkildə hazırlaşırdı. Dekabrın 29-da səhər saat 6-da bütün Ukraynada hava xəbərdarlığı elan edilib və bir saat sonra ilk raketlər Ukraynanın hava məkanına çatıb.

Bunu Qaziler.az-a ukraynalı mənbə bildilib.

"Hazırda Ukrayna ərazisinə atılan 69 qanadlı raket məlumdur, onlardan 54-ü hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Bu, Ukrayna ordusunun peşəkarlığının çox yüksək göstəricisidir.

Kiyevdə baş verən terror nəticəsində 2 fərdi ev və bir avtomobil raket parçaları ilə zədələnib, 14 yaşlı qız da daxil olmaqla 3 nəfərin yaralandığı bildirirlir.

Sənaye zavoduna və uşaq meydançasına da ziyan dəyib. İvano-Frankovsk vilayətinin kəndlərindən birində rus raketi birbaşa evə düşüb. Xoşbəxtlikdən partlamayıb. Lvovda şəhərin 90%-i işıqsız qalıb, şəhərdə tramvay və trolleybuslar işləmir, Xarkovda isə metro dayanıb. Kiyev, Odessa və Dnepropetrovsk vilayətlərində raket zərbələri səbəbindən elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Rusiya qoşunları bununla kifayətlənməyərək, əlavə olaraq Belarus ərazisindən İrana məxsus kamikadze pilotsuz təyyarələri buraxıblar. Raket hücumlarından əlavə, düşmən Nikolayv və Xerson vilayətlərini atəşə tutub.

Qeyd olunur ki, Kiyevə atılan 16 qanadlı raketdən 16-sı da Kiyevin hava məkanında məhv edilib.

 

Bu nəticə Ukrayna hərbçilərinin peşəkarlığı və Ukraynaya vaxtında hava hücumundan müdafiə sistemləri çatdıran Qərb tərəfdaşları sayəsində baş tutub.

Rusiya bu qanlı müharibəyə son qoymaq istəmədiyini bir daha nümayiş etdirdi. Vladimir Putin Ukraynanı və onun xalqını məhv etmək üçün hər şeyi edir - bu, əsl soyqırımdır. Bu cür raket zərbələrinin “hərbi effekti” sıfırdır, bu isə o deməkdir ki, Rusiya ordusu məqsədyönlü şəkildə mülki əhaliyə zərər vurmağa çalışır", - deyə bildirilib.

QAZİLER.AZ

Diaspora