110 yaşlı qadın ömründə bir dəfə xəstəxanaya gedib - Üçtəkərli velosipedlə...

110 yaşlı qadın ömründə bir dəfə xəstəxanaya gedib -  Üçtəkərli velosipedlə... backend

Öz işlərini özü görən  yaşlı qadın həyatında bir dəfə xəstəxanaya getdiyini və bir dəfə də maşına minmədiyini bildirib.

Qaziler.az bildirir ki, Türkiyənin Van şəhərində Bahçesaray rayonunda yaşayan, 6 övladı və 80 nəvəsi olan 110 yaşlı Hazal Kaya görənləri şoka salır.

Bundan başqa xəstəxanaya cəmi bir dəfə müraciət edən yaşlı qadın bir daha ora getməyəcəyini bildirir.

Bu səbəbdən xəstəxanaya üç təkərli velosipedlə getməyə razılıq verən Hazal nənə ömrünün sonuna qədər maşına minməyəcəyini deyir.

2 il əvvəl koronovirusa yoluxan Hazal nənə xəstəxanaya getməmək üçün inadkarlıq edərək evdə xəstəlikdən xilas olub.

Prezident Rəcəb Tayyib Ərdoğanı çox sevdiyini deyən Hazal Kaya ona dəstək olub.

56 yaşlı Mahmut Kaya anasının şəxsiyyət vəsiqəsinə görə 100 yaşında olduğunu, lakin gec qeydiyyatdan keçdiyi üçün real yaşının 110 olduğunu bildirib.

Anasının yalnız süd məhsulları ilə qidalandığını və qidalanmasına çox diqqət yetirdiyini deyən Kaya, "Anam çörək, pendir, cacık kimi süd məhsulları yeyir, ət yemir. Ümumilikdə 86 övladı və nəvəsi var. Anam yalnız bir dəfə xəstəxanaya göz üçün gedib.O da üç təkərli velosipedlə. Maşına minməyib və minmək də istəmir.

2 il əvvəl koronovirusa yoluxmuşdu. Lakin o, israrla gələn təcili yardıma minməyib. Dedi ki, ölsəm də, burada öləcəm, xəstəxanaya getməyəcəyəm. Nə xəstəxanaya getdi, nə də koronovirus dərmanından istifadə etdi”.

 

Diaspora