Rusiya Ukraynada fevralın 24-dək xidmətdə olan bütün döyüş tanklarını itirib

Rusiya Ukraynada fevralın 24-dək xidmətdə olan bütün döyüş tanklarını itirib backend

"Ukrayna Baş Qərargahının məlumatlarına əsasən, ruslar fevralın 24-də işğaldan əvvəl Ukraynaya göndərilmiş bütün döyüş tanklarını itiriblər. İşğalçıların zədələnmiş texnikanın təmiri ilə bağlı da böyük problemləri var".
 

AzVision.az xəbər verir ki, bunu "Defence Express"in eksperti İvan Kiriçevski Espresso nəşrinə açıqlamasında deyib. O qeyd eidb ki, artıq ruslar silahların bərpası üçün lazım olan müvafiq texnologiyanı da bərpa edə bilmirlər.

"Baş Qərargahımızın məlumatlarına əsaslansaq, məlum olur ki, ruslar müharibə başlamazdan əvvəl xidmətdə olan bütün tanklarını itiriblər. O da aydın məsələdir ki, xeyli sayda - 1,5 min tank bazalara geri qaytarılıb. Onlar müvafiq bərpa texnologiyalarını da itiriblər”, - ekspert qeyd edib.

Kiriçevskinin sözlərinə görə, Moskvanın artilleriya sistemləri ilə bağlı vəziyyəti də eynidir.

Diaspora