Məhkəmə Qaraçay-Çərkəzdən olan keçmiş senatora və atasına ömürlük həbs cəzası verdi

Məhkəmə Qaraçay-Çərkəzdən olan keçmiş senatora və atasına ömürlük həbs cəzası verdi backend

Qaraçay-Çərkəz Respublikasından olan keçmiş senator Rauf Araşukova və atası Raul Araşukova qətl işi üzrə ömürlük həbs cəzası verilib.

Qaziler.az bildirir ki, bu barədə RİA Novosti məhkəmə zalından xəbər verib.

"Məhkəmə Raul Araşukova və Rauf Araşukova ömürlük həbs cəzası təyin edilməsinə heç bir maneə görmür", - deyə hakim Yelena Quçenkova qərarı elan edib.

Ata və oğul "Adege-Hese" gənclər hərəkatının sədr müavini Aslan Jukov və Qaraçay-Çərkəz Respublikası  prezidentinin müşaviri Fral Şebzuxovun qətlinin təşkilində günahlandırılırlar.

Raul Araşukov həmçinin “Qazprom”un nəzarətində olan strukturlardan 4,4 milyard rubldan çox pul mənimsəməkdə təqsirli bilinib.

QAZİLER.AZ

Diaspora