Yunanıstan: Patriot üçün rəsmi təklif yoxdur

Yunanıstan:  Patriot üçün rəsmi təklif yoxdur backend

Yunanıstanın müdafiə naziri Nikos Panayotopoulos ölkəsinə məxsus S-300-lərin Ukraynaya göndərilməsi müqabilində Yunanıstana Patriot hava hücumundan müdafiə sisteminin tədarükü ilə bağlı ABŞ-dan rəsmi təklif gəlmədiyini açıqlayıb.

Qaziler.az sozcu.com.tr-yə istinadən bildirir ki, “Newsbomb” saytına müsahibə verən Panayotopoulos Yunanıstandakı S-300 müdafiə sistemlərinin Ukraynaya göndərilə biləcəyi xəbərini dəyərləndirib.

Panayotopulos: "“S-300-lərin Ukraynaya göndərilməsi heç də sadə məsələ deyil. Bizim heç bir şəkildə müdafiə gücümüzü zəiflətmək fikrimiz yoxdur. Ssenarilər var, lakin müdafiə sistemlərinin dəyişdirilməsi ilə bağlı rəsmi təkliflər yoxdur” - ifadələrdən istifadə etmişdir.

 

QAZİLER.AZ

Diaspora