Qazaxıstan Rusiyaya ona qarşı tətbiq edilən sanksiyalardan yan keçməyə kömək etməyəcək, lakin Moskva ilə əməkdaşlığı davam etdirəcək.
Qaziler.az bildirir ki, bu barədə Qazaxıstanın XİN başçısı muxtar Tleiuberdi deyib.
Qazaxıstanın xarici işlər naziri onu da qeyd edib ki, ölkə hökuməti Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətində deyil.
Bundan əlavə, onun sözlərinə görə, Qazaxıstan Çin, Mərkəzi Asiyadakı qonşuları, ABŞ, Yaponiya, Aİ ölkələri və Britaniya ilə əlaqələri inkişaf etdirməyi planlaşdırır.
QAZİLER.AZ