İranda güclü zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə "Irna" agentliyi məlumat yayıb.
Məlumata görə, episentri Cənubi Xorasan əyalətinin Bosruye şəhəri yaxınlığında yerləşən zəlzələ yerli vaxtla saat 16.54-də qeydə alınıb.
Zəlzələ 8 kilometr dərinlikdə baş verib, gücü 5.1 bal olub.
İtki və dağıntıların olub-olmaması ilə bağlı hələlik heç bir açıqlama verilməyib.