Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi qazla bağlı yeni “xeyirli xəbərləri” ictimaiyyətə açıqlayacağını bildirib.
Modern.az xəbər verir ki, Ərdoğan Ərzurumda çıxışı zamanı deyib:
“Qara dənizdə kəşf etdiyimiz qaz yatağını milli sistemimizə qoşmaq üçün gecə-gündüz çalışırıq. Bazar ertəsi bu mövzuda yeni yaxşı, maraqlı xəbərləri millətimizlə paylaşacağıq”.
Bundan əvvəl “Sabah” qəzeti Türkiyənin Qara dənizdəki Sakarya yatağından 540 milyard kubmetr qazın çıxarılması və nəqli layihəsinə təxminən 10 milyard dollar sərmayə qoyacağını yazmışdı.
Planlara görə, yataqdan ilk qaz 2023-cü ildə Türkiyəyə gəlməlidir.
Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz də Qara dənizdə kəşf edilən qazın təxmini dəyərinin 400 milyard dollar olduğunu bildirib.