Sabiq prezident, keçmiş nazirlər və keçmiş deputatlar Saakaşvilinin müdafiəsinə qalxdılar

Sabiq prezident, keçmiş nazirlər və keçmiş deputatlar Saakaşvilinin müdafiəsinə qalxdılar backend

130-dan çox keçmiş yüksək vəzifəli məmur Gürcüstan hakimiyyətini Mixail Saakaşvilinin xaricdə müalicə almasına icazə verməyə çağırıb.

Qaziler.az "Novosti -Qruziya" istinadən bildirir ki, artıq 130-dan çox imzanın toplandığı birgə müraciəti dördüncü prezident, Saakaşvilinin keçmiş siyasi rəqibi Giorgi Marqvelaşvili yayıb.

“Biz prezident Saakaşvilinin günahını müzakirə etmirik. Biz deyirik: ölüm hökmü Gürcüstan Konstitusiyası ilə, eləcə də işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftarla qadağandır”, - bəyanatda deyilir.

 

QAZİLER.AZ

Diaspora