Krımda olan kəşfiyyatçıların bütöv batalyonu Ukraynada döyüşməkdən imtina etdi - SƏNƏD

Krımda olan kəşfiyyatçıların bütöv batalyonu Ukraynada döyüşməkdən imtina etdi - SƏNƏD backend

Krımdan bütöv kəşfiyyat batalyonu Ukraynadakı müharibədə iştirakdan imtina edib.

Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, hərbçilər imtina etməklərinə baxmayaraq, Ukrayna ərazisində qalmaqda davam edirlər.

Bu barədə ASTRA Telegram kanalı xəbər verir.

Yaxınlarının sözlərinə görə, söhbət 67606 saylı hərbi hissənin (Krım) 127-ci kəşfiyyat briqadasının kəşfiyyat batalyonundan gedir.

Əsgərlərin imtinasına baxmayaraq, batalyon hələ də Ukrayna ərazisindədir.

"İmtina ediblər, çünki çox böyük itkilər var. Onlar boş yerə ölmək istəmirlər", - imtina haqqında raportu imzalayan hərbçilərdən birinin yaxını söyləyib.

QAZİLER.AZ

Diaspora